Turizm Agentliyində QALMAQAL - Aparat rəhbəri İŞDƏN ÇIXARILDI

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Avtosfer.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb. Buna səbəb kimi Agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.
Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.
Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.
2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











