Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub - VİDEO

Xəbərlər 19 Mart 2021 01:21 Oxunub 2036
Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Suriyadan atılan raketlər Türkiyənin Kilis vilayətinə düşüb.

Report xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb.

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər və polis əməkdaşları cəlb edilib. Şəhər rəhbərliyi və Milli Müdafiə Nazirliyinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh