Türkiyə millisinin üzvü FACİƏLİ şəkildə öldü
Xəbərlər
1 May 2023 21:35
Oxunub 732

Türkiyənin yamac paraşütü komandasının üzvü Orkut Baysal Muğla vilayətinin Fethiye şəhəri yaxınlığında uçarkən dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, 39 yaşlı Baysal Babadağ dağında 1700 metrlik nöqtədən başlayaraq şagirdi ilə uçub. Eyni zamanda britaniyalı Tomas Aytken 1200 metr məsafədən start götürüb.
Yerdən 20 metr aralıda Baysal və Aitkenin paraşütləri sıxışaraq otel binasına dəyib, bundan sonra paraşütçülər hovuzun kənarına düşdülər.
Hadisə yerinə tibb qrupları göndərilib. Baysal yerindəcə keçinib, tələbəsi və Aytken xəstəxanaya aparılıb, onların həyatlarına heç bir təhlükə yoxdur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













