Türkiyə MN və MİT İraqın şimalında əməliyyat keçirib
Xəbərlər
30 Avqust 2021 17:23
Oxunub 696

Türkiyə Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında birgə əməliyyat keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
“Türkiyə Silahlı Qüvvələri və MİT-in koordinasiyalı fəaliyyəti nəticəsində İraqın şimalındakı Metina bölgəsində müəyyən edilmiş 3 PKK terrorçusu havadan zərbə ilə məhv edilib”, - məlumatda qeyd olunub.
“Göylərin qartalları hər zaman vəzifəsinin başındadır”, - əlavə edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













