Türkiyə-Naxçıvan quru yolu bağlandı - VİDEO
Xəbərlər
24 May 2021 11:22
Oxunub 1456

Türkiyənin İğdır şəhərinin Aralıq rayonunda güclü yağış selə səbəb olub.
“TRT Haber” məlumat verir ki, sel səbəbindən Türkiyə-Naxçıvan quru yolu bağlanıb.
Fırtına Qaqqoyunlu rayonunda evlərin damını uçurub, ağacları aşırıb.
Selin gətirdiyi qaya parçaları gediş-gəlişə maneə yaradıb.
Yolun açılması üçün çalışmalar davam edir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













