Türkiyə Səhiyyə Nazirliyi zəlzələdən sonra xəstəliklərlə bağlı XƏBƏRDARLIQ ETDİ

Türkiyə hökuməti zəlzələdən sonra su və qida ilə keçən xəstəliklərin qarşısının alınması ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi xəbərdarlıq yayıb.
“Təhlükəsiz su için və istifadə edin, əllərinizi tez-tez yuyun, təhlükəsiz qidalar yeyin: qaynadın, bişirin, qabığını soyun və ya atın, təhlükəsiz təmizləməyə əhəmiyyət verin, daşqınların sularından və ya çirklənmiş gölməçələrdən qaçın”, - nazirliyin xəbərdarlığında deyilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa eyni gündə saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.
13,5 milyon insanın həyatına təsir edən zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib. (report)
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB











