Reklam

Türkiyə XİN: “Bu hücumlar Ermənistanın hərbi cinayətləri siyahısında xəcalət vəsiqəsi olaraq yerini aldı”

Xəbərlər 28 Oktyabr 2020 18:40 Oxunub 950
Türkiyə XİN: “Bu hücumlar Ermənistanın hərbi cinayətləri siyahısında xəcalət vəsiqəsi olaraq yerini aldı”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

 

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan ordusunun Azərbaycanın münaqişə zonası xaricində olan Bərdə şəhərinə mülki şəxslərə qarşı dünənki vəhşi hücumundan sonra 21 nəfərin ölümü, 70-dən çox insanın yaralanması ilə nəticələnin yeni alçaq və xain hücumunu kəskin tənqid edib.

“Ermənistanın mülki əhalini terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı qətliamının arxasında duran xəstə zehniyyətin təzahürüdür”, - deyə bildirilən bəyanatda  uşaq, gənc, yaşlı demədən mülki əhaliyə qarşı alçaq hücumlar qınanılıb.

Sənəddə bildirilir ki, işğal etdiyi ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir.

“Bu, son hücumlar Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini aldı”, - deyə Türkiyə XİN-dən qeyd edilib.

Xarici İşlər qurumu bəyanatın sonunda başda Minsk Qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana reaksiya göstərməsinin vaxtının çoxdan gəldiyini vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh