Türkiyədə mədəndəki torpaq sürüşməsi ilə bağlı şirkət rəhbəri saxlanıldı - VİDEO

Türkiyənin şərqindəki Ərzincan vilayətində mədəndə baş vermiş fövqəladə hadisə ilə bağlı aparılan istintaq çərçivəsində mədəni işlədən xarici şirkətin yerli direktoru saxlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb.
Xatırladaq ki, fevralın 13-də “Anagold” mədənində torpaq sürüşməsindən sonra doqquz mədənçi yerin altında qalıb və onların axtarışları hələ də nəticə verməyib. Hazırda ərazidə yeni torpaq sürüşmələri baş verir.
Hadisə ilə bağlı cinayət işi açılıb və altı nəfər, o cümlədən işə götürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı həbs edilib.
Türkiyənin Ətraf Mühit Nazirliyi şənbə günü qızıl mədəninin ekoloji sertifikatını və lisenziyasını ləğv edib.
Qeyd edək ki, “Anagold” mədəni 2010-cu ildə fəaliyyətə başlayıb. Onu işlədən şirkət 2022-ci ildə sianiddən istifadə edərək qızıl hasil etdiyinə görə cərimələnib.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











