Türkiyədə yanğın İES ərazisinə çatdı - VİDEO
Xəbərlər 5 Avqust 2021 00:03 Oxunub 1730
Türkiyədə yanğın İES ərazisinə çatdı - VİDEO

Muğlanın Milas rayonundakı yanğın Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə sıçrayıb.

Avtosfer.az xəbər verir ki, elektrik naqillərindən qığılcımlar çıxdığından həyəcanverici siqnal işə düşüb. Bölgədə elektrik enerjisinin verilişi dayandırılıb. Yaxınlıqdakı yaşayış yerlərinin sakinləri təxliyyə olunub.

Qeyd edək ki, təhlükəsizlik məqsədilə səhər saatlarında İES yaxınlığında xəndəklər qazılıb, nitrogen boşaldılıb.///qafqazinfo

ŞƏRH YAZ
Ad

E-mail

Şərh