Banner

Türkiyənin Sabiha Gökçen hava limanında yüzlərlə arı aşkarlandı - VİDEO

Xəbərlər 20 İyul 2023 17:29 Oxunub 610
Türkiyənin Sabiha Gökçen hava limanında yüzlərlə arı aşkarlandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Sabiha Gökçen Hava Limanında Gömrük Mühafizə qrupları tərəfindən 1230 ədəd arı ələ keçirilib.

Arılar sərnişinlərdən birinin baqajında aşkarlanıb.

Mühafizə qrupu ölkə xaricindən Sabiha Gökçen Hava Limanına enən və pasport əməliyyatları zamanı gərgin vəziyyəti ilə diqqət çəkən əcnəbi sərnişindən şübhələnib. Sərnişinin baqajı ətraflı yoxlanılıb və hər qutuda 6 ədəd olmaqla ümumilikdə 205 şəffaf qutuda 1230 ədəd Karniyol cinsindən olan arı aşkarlanıb.

Bu arılar ekoloji şəraitə daha tez uyğunlaşır və digər cinslərə nisbətən yaz aylarında daha qısa müddətdə çoxalırlar, məhsuldarlıqları daha çoxdur, bu səbəblərdən də qaçaqmalçıların əsas hədəfinə çevriliblər.

Hadisə ilə bağlı İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

 

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh