Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir - VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin bölmələrinin əks-hücum həmlələri ilə başlayan, işğalda olan torpaqlarımızın azad olunması ilə nəticələnən II Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən igid oğullarımızdan biri də Murad Əhmədovdur.
“Report”un əməkdaşları qazinin yaşadığı Kürdəmirin Qağacılı kəndindəki evinə baş çəkib və Vətən müharibəsi könüllüsü Murad Əhmədovla həmsöhbət olublar.
Murad İlqar oğlu Əhmədov 17 noyabr 1998-ci ildə Qağacılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Murad Əhmədov II Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə döyüşlərə başlayıb. Ağdam, Füzuli, və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edən qəhrəmanımız düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edib. O, Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb.
Aldığı travmalara görə hazırda yeriməkdə çətinlik çəkir. O, yenidən əvvəlki sağlamlığına qovuşmaq və işləyib ailəsinə maddi dəstək olmaq istəyir. Ümid edir ki, aidiyyəti qurumlar qəhrəman qazimizə də diqqət ayıracaqlar.
Məlumat üçün bildirək ki, Murad Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










