Banner

Ucarın 40 ildir asfaltlanmayan yolu - VİDEO

Xəbərlər 23 İyun 2021 13:13 Oxunub 924
Ucarın 40 ildir asfaltlanmayan yolu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ucarda bərbad yol sakinlərə çətinlik yaradıb.

Baku TV xəbər verir ki, şəhərin Firdovsi küçəsi 40 ilə yaxındır salınsa da, bu günə qədər bir dəfə də olsun asfalt üzü görməyib. 

Sakinlər deyir ki, qışda vəziyyət daha da pis olur. Piyadalarla yanaşı, sürücülər də xeyli əziyyət çəkir. 

Yolun bərbad olması bəzən təcili tibbi yardım briqadasının gəlişini ləngidir, şagirdlərin məktəbə gediş-gəlişində çətinliklər yaradır. Hətta azyaşlı uşaqlar velosiped belə sürə bilmir. 

Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən problemdən xəbərdardırlar və həmin yol bu ilin sonuna kimi asfaltlanacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh