Üçüncü doza vaksin kimlərə və nə zaman vurulmalıdır? - VİDEO

Bir müddətdir ölkəmizə start götürən koronavirusa görə vaksinasiyada iştirak edənlərin sayı artıq hər iki doza üzrə 1 milyon 664 mini keçib. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, 2 doza vaksinasiyada iştirak edənlər 3 cü dozanı 6 ay sonra həyata keçirə bilərlər. Bəs bu necə olacaq ?
Koronavirusa qarşı 2 doza vaksin vurduran şəxslər 3-cü doza vaksini 6 ay sonra vurdurmalıdırlar.Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Deputanın sözlərinə görə iki doza vaksin vurulmuş insanlarda 6 aylıq müddət bitdikdən sonra yenidən vaksinasiyaya ehtiyac yaranır. Bu dəfə yenidən iki doza deyil, bir doza vaksinin vurulması bütün dünyada yetərli hesab edilir.Hətta bəzi vaxtlarda bu xüsusi insanlar üçün daha tez həyata keçirilə bilər deyə millət vəkili əlavə edib
Rəşad Mahmudov həmçinin bildirib ki, bütün dünyada mutasiya uğramış virusların hər birinə qarşı vaksinasiya 6 ay və 1 il müddətdə yenidən həyata keçirilir.
Millət vəkili bildirib ki, 3-cü doza vaksinin digərləri ilə eyni olmaması tövsiyyə olunur.
Rəşad Mahmudovun fikrincə, Operativ Qərargah yanında müvafiq qurumlar və Səhiyyə Nazirliyi yaxın gələcəkdə bütün bunlarla bağlı məsələlərə aydınlıq gətirəcək.













