Banner

Ufada hərbçi YDM-ni ələ keçirib və Başqırdıstan rəhbəri ilə görüş tələb edir - YENİLƏNİB - VİDEO

Xəbərlər 2 Avqust 2023 13:49 Oxunub 568
Ufada hərbçi YDM-ni ələ keçirib və Başqırdıstan rəhbəri ilə görüş tələb edir - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ufada qumbaralarla silahlanmış hərbçi yanacaqdoldurma məntəqəsini ələ keçirib və Başqırdıstan rəhbəri ilə görüş tələb edir.

Şahidlərin sözlərinə görə, onun bədənində dörd, əlində isə iki qumbara var. 

Sürücülər yoldan geri qaytarılır. 

Mənbə: “Lenta dnya” “Telegram”

13:00

Başqırdıstanın paytaxtı Ufada əlində qumbara olan şəxs magistral yolu partlatmaqla hədələyir. Onun 39 yaşlı İldar adlı könüllü hərbi işçi olduğu məlum olub.

İldara qarşı bölməni tərk etməsi ilə bağlı iş qaldırılıb, lakin o, məhkəmə-psixiatrik ekspertizaya gedən zaman yolda qaça bilib.

O, magistral yola çıxıb və əlindəki qumbaranı partlatmaqla hədələyib.

Hərbçi barəsində olan cinayət işinə xitam verilməsini tələb edir.

Yolda nəqliyyatın hərəkəti dayandırılıb və tıxac yaranıb.

Hazırda onunla danışıqlar aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh