Banner

“Ukrayna dairəsi”ndə piyada keçidində lift işləmir - VİDEO

Xəbərlər 2 Mart 2023 10:00 Oxunub 1340
“Ukrayna dairəsi”ndə piyada keçidində lift işləmir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xətai rayonunda piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə edilən ərazidə yerüstü piyada keçidində qoyulan lift işləmir. 

Söhbət “Ukrayna dairəsi” kimi tanınan ərazidən gedir. Belə ki sosial şəbəkələrdə paylaşılan videoda piyada keçidində qoyulan liftin işləməməsi səbəbindən yaşlı insanların, eləcə də uşaq arabası ilə olan şəxslərin yolu qarşıdan-qarşıya keçməsində ciddi çətinliklər yaşanıb. 

Liftin artıq üç günə yaxındır işləmədiyi iddia edilir. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan bildirilib ki, sözügedən ərazidəki problemdən məlumatlıdırlar:

“Məsələ nəzarətdədir. Problemin qısa zamanda həlli üçün zəruri addımlar atılır”.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh