Ukrayna İran istehsalı olan 9 PUA-nı məhv etdi
Xəbərlər
6 Oktyabr 2022 17:59
Oxunub 594
Ukrayna Silahlı Qüvvələri cənubda doqquz “Şahed-136” kamikadze pilotsuz uçan aparatını məhv edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Oktyabrın 5-dən 6-na keçən gecə Rusiya işğalçı qüvvələri İran istehsalı olan “Şahed-136” kamikadze təyyarələri ilə Ukraynaya hücum edib. “Cənub” hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 9 kamikadze pilotsuz uçan aparat məhv edilib", - deyə məlumatda qeyd edilib.
"Unikal"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR