Banner

Uşaq arabasından pul və bank kartları oğurlayanlar ƏLƏ KEÇDİ - VİDEO

Xəbərlər 13 Sentyabr 2023 12:00 Oxunub 782
Uşaq arabasından pul və bank kartları oğurlayanlar ƏLƏ KEÇDİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda “Sədərək” ticarət mərkəzindəki mağazalardan birində uşaq arabasından pulqabı oğurlayan şəxslər ələ keçib. 

Bu barədə Avtsfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 

Məlumata görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini olan qadının uşaq arabasından içərisində 918 manat pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 50 yaşlı Seymur Rzayev və 33 yaşlı Anar Mirabasov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh