Banner

ÜST-dən həyacan SİQNALI: Antibiotikə davamlı infeksiyalar kəskin ARTDI

Xəbərlər 14 Oktyabr 2025 13:11 Oxunub 320
ÜST-dən həyacan SİQNALI: Antibiotikə davamlı infeksiyalar kəskin ARTDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bütün dünyada infeksion xəstəliklərin standart antibiotiklərə dayanıqlılığı geniş miqyas almaqdadır.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

ÜST-nin mətbuat üçün məlumatında deyilir: "2023-cü ildə bütün dünya üzrə laboratoriyada təsdiq edilmiş hər bakterial infeksiyaya yoluxma faktından biri antibiotiklərlə müalicəyə davamlı olub".

Yeni hesabata görə, 2018-2023-cü illər ərzində izlənən "patogen-antibiotik" kombinasiyalarının 40 faizdən çoxu davamlılıq səviyyəsinin artdığını göstərib, halbuki onların payı ildə, orta hesabla, yalnız 5-15 faiz artırdı. Ən yüksək göstəricilər Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Burada yoluxma hallarının üçdəbir hissəsi antibiotiklərə qarşı davamlı olub. Afrika ölkələrində isə xəstəlik hallarının yalnız beşdəbir hissəsinin antibiotiklərlə müalicəsi səmərəsiz olub.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh