Vaksin vurdurmayan şəxslər cinayət məsuliyyətinə CƏLB EDİLƏCƏK?- AÇIQLAMA

Yaşayış yerini qanunsuz tərk edərək COVID-19 virusunun daha geniş yayılmasına şərait yaradan aktiv koronavirus daşıyıcılarına qarşı profilaktik tədbirlər davam etdirilir.
Məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrinə cinayət işi başlanılır.
Azərbaycanda vaksinasiyanın könüllülük prinsipi əsasında aparılacaq. Risk qrupunda olan şəxslərin vaksindən imtina etməsi və bilərəkdən yeni yoluxmalara yol açmasını nəzərə alsaq belə şəxslərin cinayət məsuliyyətinə cəlb edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-deputat Müşfiq Məmədli danışıb:
"Hər şey dövlətin səhiyyə siyasətinə uyğun olaraq qurulur. Vaksinasiya könüllülük prinsipində və hədəf olunan kütlə arasında aparılıcaq.
Qərar verilməzdən öncə epidemioloji vəziyyət analiz olunur, hansı yoluxma ehtimalları və risk qrupları olduğu araşdırılır. Müvafiq səhiyyə strukturları bunu analiz etdikdən sonra sonra qərar verilir. Birinci hədəf kütlə yaşı 65 yaşdan yuxarı və xroniki xəstəliyi olanlardır.
Maarifləndirmənin böyük rolu var. Vaksinasiya başlanmazdan öncə bu 3 fazada tədqiqat əməliyyatından keçir. O, tədqiqatların hər birinin məlumatları oxunur, praktikası düşünülür.
Hazırda belə şəxslərə qarşı hansısa tədbirin görülməsi, yəni, məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Məsələ könüllülük prinsipi əsasında vaksinsiyaya başlamaqdır. Vaksinasıyaya hələ başlamamışıq, proses başlayandan sonra deyilən məsələ öz həllini tapacaq. Gələcəkdə nələr olacağı ilə bağlı fikir yürütmək və qərar vermək düzgün deyil".
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI








