Valideynlərdən Səhiyyə Nazirliyinə ETİRAZ

Bir qrup vətəndaş övladlarının dərmanları dəyişdirildiyi üçün Səhiyyə Nazirliyinin önündə etiraz edir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Oxu.az”a xəstə uşaqların valideynləri məlumat veriblər.
Valideynlərdən biri ümumi şikayəti belə izah edib: “Bizim övladlarımız ixtioz, bullyoz epidermoliz, kəpənək xəstələridir. Altı ildir, onlar üçün eyni dərmanları alırdıq. Bizi bu yaxınlarda Səhiyyə Nazirliyində qəbul edərək məlumat verdilər ki, fevralın 6-dan dərmanlar dəyişdiriləcək. Biz isə dərmanların dəyişdirilməsini istəmirik. Biz bu dərmanları artıq tanıyırıq. Yeni dərmanları istifadə edəndə, bəlkə, övladıma düşməyəcək, həyatını itirəcək. Bu yaxınlarda dünyasını dəyişənlər oldu, ağır vəziyyətdə olan uşaqlar var. Bu uşaqlar hansısa həkimin onların üzərində təcrübə aparması üçün uyğun deyillər, adi səhv həyatlarını itirmələri ilə nəticələnə bilər. Bizim övladlarımız eksperiment siçovulu deyillər”.
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən cavab olaraq bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq, qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simptomların yüngülləşdirilməsi məqsədilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub:
"Bu siyahılara uyğun olaraq, xəstəliyin ağırlıq dərəcəsinə görə onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri bir neçə dəfə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişmədiyini təsdiq edən, beynəlxalq standartlara uyğun klinik protokollar barəsində məlumatlar veriblər".
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










