Vətəndaşın bank kartından 15 min manat oğurlayan şəxs ƏLƏ KEÇDİ

Sosial şəbəkə vasitəsilə vətəndaşın bank kartından 15 min manat oğurlayan şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyən olunub. V.Məmmədovun qanunazidd əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxs tərəfindən əraziyə atılan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça və 47 ədəd patron aşkar ediblər. Qeyd edilən silah-sursat təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











