Banner

Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO

Xəbərlər 2 Yanvar 2022 00:00 Oxunub 1376
Vətəndaşlara ŞAD XƏBƏR:  Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gündən tibbi xidmətlərdən istifadə edən zaman vətəndaş ödədiyi ƏDV-nin bir hissəsini geri ala biləcək. Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri  də artırılıb. Bəs bu gündən qüvvəyə  minən digər qaydalar hansılardır? 

Bu gündən etibarən ƏDV-də geri al kampaniyasına dəyişiklik ediləcək.

Artıq tibbi xidmətlərdən istifadə edən zaman vətəndaş ödədiyi Ədv-nin bir hissəsini geri almaq imkanlarına malik olacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki bu da vətəndaşa imkan verir ki, ödədiyi verginin bir hissəsini geri ala bilsin .

Elə vətəndaşlar da tibbi xidmətlərdən istifadə edən zaman Ədv-nin bir hissəsini geri almaq imkanlarından yararlanmağın faydalı olduğunu bildirirlər.

Bu gündən Köhnə minik avtomobillərinə görə aksiz dərəcələri  də artırılıb. Belə ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.

Avtomobillərin qeydiyyat nişanlarındakı rəqəmlərlə bağlı yeni rüsumlar qüvvəyə minir. Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000  manat dövlət rüsumu tutulacaq.

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar da dəyişib. Bugündən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlar da artırılıb. Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılıb.

Nikahın qeydiyyatına görə rüsumlar artırılıb. Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh