Banner

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb - VİDEO

Xəbərlər 23 Noyabr 2023 12:18 Oxunub 764
Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin bir çox vətəndaşı ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib. O, saxlanılaraq istintaqa təqdim edilib.

E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müraciət edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh