Banner

Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO

Xəbərlər 18 May 2023 16:10 Oxunub 470
Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 17-18-də Salyan Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, nazir əvvəlcə Salyan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan, Şirvan şəhər və rayonlarından qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 19-u Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 72 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh