Vilayət Eyvazov sıra baxışı keçirib 122 nəfəri polisə işə götürdü - FOTO - VİDEO

Yol polisi 1 Avqust 2024 11:37 Oxunub 226
Vilayət Eyvazov sıra baxışı keçirib 122 nəfəri polisə işə götürdü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 1-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Avtosfer.az xəbər verir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh