Vilayət Eyvazov sıra baxışında 163 nəfəri polisə işə götürdü - 23-ü qazidir - FOTO - VİDEO
Yol polisi
7 Noyabr 2024 17:14
Oxunub 158
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 7-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 163 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR