Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB

Bir qədər sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçiriləcək
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, vida mərasiminə Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri axın edirlər.
Qeyd edək ki, mərhum sənətkar Birinci Fəxri xiyabanda dəfn olunacaq.












***09:20
Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cənazəni gətirən təyyarə hava limanına enib.
Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinci Fəxri xiyabanda dəfn edilməsi planlaşdırılır.
Xatırladaq ki, Xalq artisti dünən İstanbulda yerləşən "Memorial" xəstəxanasında vəfat edib.
R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və Bakı kinostudiyasında "Ulduzlar sönmür" adlı ekran işində kiçik rola çəkilib.
Xalq artisti bundan sonra "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Dədə Qorqud" və digər onlarla filmdə əsas rollarda çıxış edib.
R.Balayev "Şərəf", "Şöhrət", "İstiqlal" ordenləri və "Heydər Əliyevin 100 illiyi" (1923-2023) yubiley medalı, həmçinin bir sıra digər dövlət mükafatı və medalları ilə təltif olunub.
***29 mart, 18:45
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi axşam, yerli vaxtla saat 22:25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq.
Avtosfer.az xəbər verir ki, cənazəni gətirən təyyarənin 30 mart, saat 02:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir.
Aktyorla vida mərasimi martın 30-da, saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
***
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, cənazə xəstəxanadan çıxarılaraq məscidə aparılıb, zəruri prosedurlar yerinə yetirildikdən sonra təyyarə ilə Bakıya göndəriləcək.
Bundan başqa, qeyd olunub ki, aktyor I Fəxri Xiyabanda dəfn ediləcək. Rasim Balayevlə vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.
***
Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor bir müddətdir onkoloji xəstəlik səbəbindən müalicə alırmış.
Bildirilib ki, onun səhhəti iki gün əvvəl qəfil pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər saatlarında isə vəziyyəti daha da ağırlaşıb və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Rasim Balayev ötən il Bakıda əməliyyat olunub, daha sonra kimyaterapiya kursu keçib.
***
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
Avtosfer.az Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı.
O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.
O, ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
1976-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı ("Atları yəhərləyin" bədii filmində "Səlim bəy" roluna görə) təqdim olunub. 1988-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
R.Balayev 5 mart 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdi.
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır










