Xalq artisti Roza Cəlilovanın vida və dəfn yeri BİLİNDİ - YENİLƏNİB

Xalq artisti Roza Cəlilova ilə Təzəpir məscidində vida mərasimi keçirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əməkdaşları və media mənsubları iştirak ediblər.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
***12:48
Xalq artisti Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində olacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılacaq.
***10:53
"Noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb".
Avtosfer.az xəbər verir ki, bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verib.
Qeyd olunub ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanıb.
***10:18
Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.
Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, sənətkar yaşadığı mənzildə - Bakının Səbail rayonunda T.Elçin küçəsi, 5 ünvanında dünyasını dəyişib.
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır










