Banner

Xankəndi yolunda etirazların 13-cü günü: Sülhməramlılar çadırları sökdülər - VİDEO - YENİLƏNİB

Xəbərlər 24 Dekabr 2022 13:42 Oxunub 1338
Xankəndi yolunda etirazların 13-cü günü:  Sülhməramlılar çadırları sökdülər  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları digər konteyneri də ərazidən götürülür. 

Hazırda əraziyə kran və yük maşın gətirilib. 

Konteynerin digər əraziyə - Laçın istiqamətinə aparılması ehtimal olunur.

***

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.

Əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb. 

Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə - Laçın istiqamətinə aparılır.

Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb. (report)

xxx

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh