Xankəndidə “Xoş gəldiniz” yazan erməni qadın...

Ötən gün erməni sosial şəbəkə istifadəçiləri Xankəndidə evinin eyvanına “Xoş gəlmisiniz” yazan yaşlı erməni qadına qarşı zorakılıqdan yazmış və foto paylaşmışdı. Bu qadını erməni polislər ağır şəkildə döyərək, evindən bayıra sürüyüb atmışdılar.
Burda diqqət çəkən iki nüans var:
Bir neçə gün öncə Azərbaycan əsgərinin işğaldan azad edilən torpaqlarda tibb bacılığı edən erməni qadını ilə dialoqunu xatırlayın. Həmin qadın sonradan Bakıda mətbuat konfransı da keçirdi.
O erməni Azərbaycan əsgərini “Evinizə xoş gəldiniz” sözləri ilə qarşılamışdı.
Eyni prosesdir: Xankəndidə də Azərbaycan türkünün nəfəsi duyulan kimi ermənilər Azərbaycan dilində “Xoş gəlmisiniz” sözlərini yazıb, balkonlardan asmağa başladı.
Məsələ ondadır ki, ermənilər “məmə” deyənindən “pəpə” yeyəninə qədər, çox yaxşı bilirlər ki, bu torpaqların sahibi Azərbaycandır, azərbaycanlılardır. Onlar tarixlərini də çox gözəl bilirlər; bilirlər ki, bu torpaqlara gəlmədirlər; bilirlər ki, bu torpaqlarda azərbaycanlılar onlara qucaq açıb; bilirlər ki, biz heç vaxt onları qovmamışıq; bilirlər ki, onları kirvə tutmuşuq və yetim-yesir kimi Azərbaycana gələn bu ermənilərin yerlənib-yataqlanmasına şərait yaratmışıq, evimizdə yerləşdirmişik, ev olmalarına şərait yaratmışıq.
Ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan xalqı yenə də onları qırıb məhv etməyəcək, etdikləri vəhşilikləri unutmasaq da, yenə də bizim torpaqlarımızda “Evinizə xoş gəlmisiniz” etirafı edənlərlə birgə yaşamağa davam edəcəyik.
Azərbaycan xalqının başına bəla olan tolerantlığını da ermənilər gözəl bilirlər...
İkinci ən mühüm məqam o qadının o şəkildə döyülməsidir. Bu, erməni şovinizminin öz xalqına münasibətinin göstəricisidir. Necə ki, təcrübəsiz erməni gəncləri bəzi halda zorla, bəzi halda isə aldadılaraq, Azərbaycan ordusunun qarşısına göndərilir, eləcə də bütövlükdə xalqı birgəyaşayışın mümkünsüzlüyünə sürükləyirlər.
Qarabağda ermənilərin işğalından azad edilən ərazilərə də baxa bilərsiniz: guya Hadrut “ən strateji” qəsəbədir, guya “ən dəbdəbəli” yerdir. Orda yaşayış səviyyəsi evlərin, küçələrin vəziyyətindən görünür: köhnə, bəzi halda başlarına uçan daxmalar, ac-səfil əhali...
İnsanı bu cür səfil durumda yaşamağa nə qədər vadar etmək olar? Erməniləri nə vaxta qədər mina üstündə, qorxu altında, ac-yalavac ömür sürməyə vadar edəcəklər?
Əslində bir səbəb də budur: Qarabağ erməniləri artıq separatçı-terrorçulardan imtina edirlər...
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












