Banner

Xankəndiyə yeni polis rəisi təyin edildi - FOTO - YENİLƏNİB

Xəbərlər 12 Fevral 2024 18:34 Oxunub 1216
Xankəndiyə yeni polis rəisi təyin edildi  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Xankəndinin yeni polis rəisi Zaur Nəsirovu həm də şəhərin komendantı təyin edib.

***

Polis polkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini və 2021-ci ildən isə Göygöl rayon Polis Şöbəsinin rəsi vəzifəsində çalışıb.

Xatırladaq ki, 2023-cü ilin oktaybr ayında Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsi yaradılıb. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh