“Xarıbülbül” festivalında təsirli anlar - VİDEO
Xəbərlər 13 May 2021 19:22 Oxunub 634
“Xarıbülbül” festivalında təsirli anlar  - VİDEO

Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı çərçivəsində keçirilən qala-konsertdə təsirli anlar yaşanıb. 

Konsert zamanı ekranlarda əvvəlcə ümummilli lider Heydər Əliyevin vaxtilə Şuşa ilə bağlı səsləndirdiyi fikirlər yer alıb. 

Daha sonra isə Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətindən bir hissə yayımlanıb:

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük qələbədir. Bu gün şəhdlərimizin, Ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, Biz qayıtmışıq! Əziz Şuşa biz Səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Görüntülər festival iştirakçıları arasında böyük coşğu ilə qarşılanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh