Banner

Xəstəxanalarda təhlükəli müayinə aparatları var? - XƏBƏRDARLIQ - VİDEO

Xəbərlər 23 Fevral 2023 22:50 Oxunub 1286
Xəstəxanalarda təhlükəli müayinə aparatları var? - XƏBƏRDARLIQ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlükə  mənbəyidir.

Fövqəladə Hallar Nazirliyi rentgen və kompüter-tomoqrafiya müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri İlham Sadıqov "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, Azərbaycanda bir sıra müəssisələr xüsusi icazəsi olmadan fəaliyyət göstərir. Onun sözlərinə görə, bu sahəyə nazarət pandemiya dövründə zəiflədiyindən tibb müəssisələri tərəfindən müəyyən pozuntulara yol verilib.

İlham Sadıqov deyib ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq "xüsusi icazə" əsasında istifadə edə bilərlər.

Həkim- pulmanoloq Ayaz Hidayətov isə bildirib ki, xərçəng xəstliklərinin iki faizi məhz radiasiyanın təsirindən qaynaqlanır. Buna görə də pasiyentlərin standartlara  cavab verən avadanlıqlardan istifadə etməsi tövsiyə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh