Banner

Xətai prospektində piyadaların və sürücülərin həyatı üçün təhlükə var - VİDEO

Xəbərlər 6 Avqust 2021 23:16 Oxunub 1488
Xətai prospektində piyadaların və sürücülərin həyatı üçün təhlükə var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonu, Xətai prospektində piyada keçidi nişanı ağacların arasında görünməz olub. Həmin ərazidə keçidin olduğunu piyadalar və sürücülər cəmi bir neçə metr qalmış görə bilirlər.

Prospektdə ağacların yarpağı piyada səkisinə qoyulan nişanı tam bağlayıb.

Həmin yoldan istifadə edən yol hərəkəti iştirakçıları bildirirlər ki, keçid nişanı görünməz olduğundan ərazidə dəfələrlə qəzalar olub.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildirildi ki, əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq. Keçidin görünən vəziyyətə gətirilməsi üçün ağac budanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh