Xəzərdə keçirilən "Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən "Dalğa-2024" birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, təlimdə dənizdə şərti platformada baş vermiş qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb, qəza rayonuna lazımi köməkliyin göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin baş vermiş yanğının lokallaşdırılması, axtarış-xilasetmə əməliyyatlarının və platformanın sualtı hissəsində dalğıc baxışının keçirilməsi, qəza növbətçiliyinin təşkili, eləcə də digər fəaliyyətlər icra olunub.
Birgə taktiki təlimdə HDQ və FHN gəmi və şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB

















