Reklam

XİN başçısı: "Araz çayı üzərində körpü tikintisi davam edir"

Xəbərlər 12 Dekabr 2024 14:18 Oxunub 84
XİN başçısı:  "Araz çayı üzərində körpü tikintisi davam edir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycan Respublikası öz ərazisində işləri sürətlə həyata keçirir və dəmiryol tikintisinin əhəmiyyətli hissəsi artıq başa çatıb. Digər hissəsi ilə bağlı işlər davam etdirilir".

Avtosfer.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, eyni zamanda, İran İslam Respublikası ilə əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində körpü tikintisi davam edir:

"Belə olan halda ölkəmizin qərb ərazisi ilə sərhədimizdə Azərbaycan, Naxçıvan Muxtar Respublikası arasında İran üzərindən marşrutun yerinə yetirilməsi üzrə işlər davam edir".

Nazir qeyd edib ki, Ermənistanın ərazisi üzrə qısa marşrut xəttinin, dəhlizin açılması bu ölkə tərəfindən razılaşmanın tam yerinə yetirilməsindən asılıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh