XİN-də yeni idarə yaradıldı

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib.
Avtosfer.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən ”Təbiət Naminə Ölkələri Səfərbər Edən Kənd Təsərrüfatı” Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, həmin idarə bundan sonra iqlimlə bağlı beynəlxalq platformalar çərçivəsində aparılan danışıqların davamlı iştirakçısı kimi bu prosesdə Azərbaycanın töhfəsini təmin edəcək.
“Təbii ki, proseslərə uyğun olaraq həm iqtisadiyyatımızda, həm də iqlim məsələlərinə yanaşmada yeni siyasi mövqelərimiz formalaşdırılacaq. Ancaq bizim üçün əsas hədəf indiyədək əldə olunmuş nəticələrin reallaşmasına, yəni ambisiyadan icraya yönələn bir addıma keçirilməsidir", - deyə o bildirib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










