Xınalıq yolundakı körpü niyə bərpa edilmir? - RƏSMİ - FOTO

Xəbərlər 9 Oktyabr 2024 14:13 Oxunub 104
Xınalıq yolundakı körpü niyə bərpa edilmir? - RƏSMİ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyul ayının 29-dan uçan, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən körpü hələ də bərpa edilməyib. Bu vəziyyət sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, sakinlər bu körpünün onlar üçün əlverişli olduğunu, yeni körpünün inşasının vacibliyini qeyd edirlər.


Məlumat üçün bildirək ki, Xınalıq və əks istiqamətə nəqliyyat vasitələri alternativ yol kimi Quba-Susay-Xınalıq avtomobil yolundan istifadə edirlər. Üstəlik uçan körpünün yaxınlığından Əlik çayının içindən müvəqqəti yol da salınıb. Amma bu sakinləri qane etmir. Onlar bildirirlər ki, digər alternativ yol uzaq olduğu üçün əlverişli deyil.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, Quba-Xınalıq yolunun 42-ci km-də uçmuş körpüyə baxış keçirilib, layihə-smeta sənədləri hazırlanıb. Maliyyə vəsaiti ayrılan kimi körpünün inşasına hazırlanacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh