Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
O qeyd edib ki, hazırda bu layihələrdən dördünün (Bilgəh–Novxanı–VAZ dairəsi–Xırdalan–M-4; Akademik Həsən Əliyev–“Koroğlu” metrostandiyası; Xaqani Rüstəmov–Ağa Nemətulla; VAZ dairəsi–M4 Şamaxı yolu) tikintisi icra edilir: “Bu il daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulub (Məhəmməd Xiyabani–Dairəvi-1; M-4–Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə–Ziya Bünyadov).
Yol hərəkətinin yenidən təşkili ilə bağlı ümumilikdə 10-dan çox layihə icra olunur. Yol nişanları və nişanlanma xətləri ilə bağlı da işlər həyata keçirilib. Görülən işlər çərçivəsində 32000 yol nişanı, 407 ədəd LTP tipli məlumat lövhəsi quraşdırılıb, 1,7 milyon kvadratmetr xətlənmə işləri görülüb. Ümumilikdə yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib”.
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO











