Banner

Xocalıda növbəti silah-sursat anbarı aşkar edilib - VİDEO

Xəbərlər 26 Sentyabr 2023 20:44 Oxunub 1312
Xocalıda növbəti silah-sursat anbarı aşkar edilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.

Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Ətraflı
 
 
 
Ad - 00:30

Məlumata görə, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib: "Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib".

Qeyd olunub ki, ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh