Köç karvanı Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə çatdı - YENİLƏNİB

Növbəti köç karvanı Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayılın Horovlu kəndinə isə 19 ailə - 70 sakin köçürülüb.
***09:23
Bakıdan Xocavənd rayonunun Sos və Cəbrayılın Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Sos kəndinə 24 ailə - 99 nəfər, Horovluya isə 19 ailə - 70 sakin köçürülür.
Qeyd edək ki, Sos və Horovluya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Avtosfer.az xəbər verir ki, dekabrın 24-də Bakıdan Xocavənd rayonunun Sos və Cəbrayılın Horovlu kəndlərinə növbəti köç karvanı yola salınır.
Sos və Horovluya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Sos kəndinə 24 ailə - 99 nəfər, Horovlu kəndinə isə 19 ailə - 70 sakin köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.













