Xocavənddə 1 tondan artıq narkotik bitkisi məhv edilib - FOTO - VİDEO
Xəbərlər
15 İyun 2022 12:44
Oxunub 1490

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, tədbir zamanı işğaldan azad edilmiş Böyük Tağlar kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 2436 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR















