Banner

XOŞ XƏBƏR : Karantin rejimi daha da yumşalıdıla bilər - VİDEO

Xəbərlər 24 Mart 2022 21:49 Oxunub 1690
XOŞ XƏBƏR : Karantin rejimi daha da yumşalıdıla bilər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının xeyli azalması,  sağalanların isə artması karantin rejimi çərçivəsində tətbiq edilən bir sıra qaydaların aradan qaldırılmasını gündəmə gətirir. Artıq bir sıra ölkələrdə COVID-19 pasportu tələbinin ləğv edilməsi Azərbaycanda da bunun mümkünlüyünü aktuallaşdırır.

Avtosfer.az-ın məlumatına görə, inkişaf etmiş bəzi ölkələr karantin rejiminin ləğv edilməsi barədə qərarlar qəbul edirlər. COVID-19 pasportu ilə bağlı tətbiq edilən tələblər də aradan qaldırılır. Mövzuya münasibət bildirən millət vəkili Naqif Həmzəyev deyir ki, son günlər ölkəmizdə də koronavirusa yoluxanların sayının kəskin azalmasının müşahidə edilməsi COVID-19 pasportunun ləğvini gündəmə gətirir. Onun sözlərinə görə, ölkəmizdə vaksinasiya səviyyəsinin yüksək olması da epidemioloji vəziyyət xeyli yaxşılaşdırıb. Millət vəkili hesab edir ki, PCR test tələbinin götürülməsi əksər ölkələrdə olduğu kimi Azərbaycanda da turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər. Millət vəkili əlavə edib ki, qapalı məkanlarda tibbi maskalardan istifadə tələbinin də aradan qaldırılması nəzərdən keçirilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh