Yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA
Xəbərlər
28 Aprel 2025 15:53
Oxunub 320

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Belə ki, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada arabir şimşək çaxır, yağış yağır.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfa 17, Şahdağda 16 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













