Yanvardan “BakıKart” yeni kartla ƏVƏZLƏNİR? – Rəsmi

Yanvar ayının 1-dən “BakıKart” -ın yeni kartla əvəzlənəcəyi haqda xəbərlər yayılıb. Bildirilir ki, paytaxtın bütün ictimai nəqliyyatında istifadə üçün 2025-ci ildən yeni kartlar tətbiq olunacaq.
İddialara görə yeni karta “BakıKart”ın balansındakı vəsait köçürüləcək, amma istənilən halda hər kəs yeni kart almalı olacaq.
Bəs bu, iddialar nə qədər doğrudur?
Avtosfer.az xəbər verir ki, bizim.media məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, kartların dəyişdiriləcəyi haqda onlarda məlumat yoxdur:
“Hazırda yalnız “BakıKart”ın mobil tətbiqində təkmilləşdirmə işləri aparılır və o, yaxın günlərdə istifadəyə veriləcək”.
Qeyd edək ki, Bakıkartın tətbiqinə 2017-ci ilin aprel ayında başlanılıb. Bu plastik kartdan yalnız paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və “Bakı Metropoliteni”ndə istifadə olunur. Bölgələrdə fəaliyyət göstərən sərnişin avtobusları BakıKart-a keçməyib və nağd ödənişdən istifadə olunur.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











