Yasamalda əsas küçələrdən birinin qazılmasına AYDINLIQ GƏTİRİLDİ

Bakının Yasamal rayonundakı əsas küçələrdən birinin qazılması sakinlərin işini çətinə salıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, söhbət Abbas Mirzə Şərifzadə küçəsinin metronun "İnşaatçılar" stansiyasının qarşısındakı hissəsindən gedir.
Ərazidə "Azəristiliktəchizat" ASC tərəfindən təmir işləri aparılır. Hərəkətin intensiv olduğu ərazidə yolun qazılması nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaradır.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, aparılan işlər payız-qış mövsümünə hazırlıqla əlaqədardır.
"Aparılan sınaq-yoxlama işləri zamanı qeyd olunan ünvanda magistral xətdə axıntı qeydə alınıb və xəttin təmir-bərpası məqsədilə qazıntı işləri aparılıb. Hazırda işlər davam etməkdədir. Ən qısa müddətdə, yəni yeni dərs ili başlayana kimi, bütün işlərin yekunlaşması üçün intensiv iş aparılır. İşlər yekunlaşdıqdan sonra yol təmir olunacaq", - deyə E.Basqallı qeyd edib.
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!










