Yasamalda işıqforların işi tam bərpa olundu - VİDEO - YENİLƏNİB

"Sözügedən istiqamətdə işıqforların işi tam bərpa olunub."
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sektor müdiri Ömər Xıdırov açıqlama verib.
O qeyd edib ki, işıqforların işləməməsinə səbəb qurğunun özündə yaranan problem yox, ərazidə elektrik enerjisinin kəsilməsi olub.
"Qısa müddət ərzində aidiyyəti dövlət qurumu tərəfindən elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda yol hərəkəti iştirakçıları təhlükəsiz şəkildə yoldan istifadə edirlər", - deyə Ö.Xıdırov bildirib.
***10:36
Yasamal rayonunda bir neçə istiqamətdə işıqforların işində problem yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a məlumat verilib.
Qeyd olunub ki, H.Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində, Musabəyov parkının ətrafında və üzü Qələbə dairəsi istiqamətində olan işıqforlar işləmir.
"İşıqforların işləməməsi piyadaların yolu keçməsinə əngəl yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin də hərəkətinə təhlükə yaradır",- deyə məlumatda bildirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










