Yasamalda parklanmanın qarşısını almaq üçün bu yola əl atdılar – VİDEO

Xəbərlər 31 Yanvar 2025 13:41 Oxunub 248
Yasamalda parklanmanın qarşısını almaq üçün bu yola əl atdılar – VİDEO
WhatsApp|

Paytaxtın Yasamal rayonu, Xıdır Mustafayev küçəsində avtomobillərin parklanmasına mane olmaq üçün süni maneələr yaradılıb.

Bu barədə psixoloq Gülnar Orucova məlumat verib.
 

Belə ki, ərazidə yaşayan sakinlər küçənin sağ və sol hissəsinə müxtəlif ölçülü mişar daşları düzüblər. Bu isə yaxınlıqda yerləşən hündürmərtəbəli binanın sakinlərinin avtomobil saxlamaq üçün yer tapmasına mane olur. Nəticədə ərazidə uzun tıxaclar yaranır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərilib. Qurumdan bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçiriləcək və zəruri tədbirlər görüləcək. (bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh