Banner

Yasamalda QANUNSUZ TİKİNTİ: "Kəpəz" MTK yenidən işə başlayıb? - FOTO - VİDEO

Xəbərlər 1 İyul 2025 15:53
Yasamalda QANUNSUZ TİKİNTİ:  "Kəpəz" MTK yenidən işə başlayıb? - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Kəpəz" MTK ilə bağlı redaksiyamıza növbəti dəfə şikayət daxil olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, şikayət MTK-nın inşa etdiyi binanın damında apardığı söküntü işlərinə yenidən başlanması ilə əlaqədardır.

Şikayətdə qeyd olunub ki, artıq bir neçə aydır "Kəpəz" MTK tərəfindən M.F.Axundov, 177 və 179 ünvanlarında yerləşən iki binanın damında qanunsuz mənzil inşası həyata keçirilir. İlk olaraq dam örtüyünü söküb yeni mərtəbə tikmək planları olsa da, dövlət qurumlarının müdaxiləsindən sonra işləri dayandırmışdılar. Son 1-2 həftədir yenidən işlərə başlayıblar və yenidən dam hissəsində qanunsuz mənzil inşa etmək istəyirlər.

Dəfələrlə edilmiş şikayətlərə baxmayaraq heç kim tədbir görmür. Hazırda da tikinti işləri davam etdirilir.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən bildirildi ki, əraziyə əməkdaşlar göndərilib:

"Gedib baxış keçirilib. Sözügedən ünvanda iş getmir. Bütün işlər dayandırılıb."

Xatırladaq ki, "Kəpəz" MTK-nın inşa etdiyi binanın damında apardığı söküntü işləri ilə bağlı aprel ayında məlumat vermişdik.

Oxunub 348
ŞƏRH YAZ
Ad

E-mail

Şərh