Yeni 20 manatlıq əsginaslar dövriyyəyə buraxılıb - VİDEO

Azərbaycanda yeni 20 manatlıq əsginaslar dövriyyəyə buraxılıb.
Avtosfer.az-ın məlumatına görə, iqtiasdçı- ekspert Turab Rzayev deyib ki, yeni əsginasların hazırlanmasında ən son texnoloji yeniliklərdən istifadə olunub. Onun sözlərinə görə, pul nişanlarının ön tərəfində, sağ və sol kənarlarında görmə məhdudiyyəti olanlar üçün tanıma elementi, xüsusi qabarıq xətlər yerləşir. Bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür. Ekspert qeyd edib ki, banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib, mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər tətbiq olunub. 20 manatlıq əksinasların dizaynında müharibə elementlərinə də xüsusi yer verilib. Pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə, qalxan təsvirləri və eləcə də bir sıra digər dizayn elementləri ön plana çəkilib. Qeyd edək ki, yenilənmiş 20 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Videomaterialı təqdim edirik:













